Beyləqanda “KamAZ” piyadanı vurub

Beyləqanda “KamAZ” piyadanı vurub
  02 Oktyabr 2019    Oxunub:1668
Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 1-də saat 22 radələrində Beyləqan rayonunun Qaralar kəndi ərazisində rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   KAMAZ   Beyləqan  





Xəbər lenti