Qəza 400 evi qazsız qoydu

Qəza 400 evi qazsız qoydu
  02 Oktyabr 2019    Oxunub:1732
Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, nəticədə adıçəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Xəttin bərpası istiqamətində işlər aparılır.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti