“Azərkosmos” Qaradağlı kəndinin təsvirini yaydı - FOTO

  02 Oktyabr 2019    Oxunub : 4593
 “Azərkosmos” Qaradağlı kəndinin təsvirini yaydı - FOTO
“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Xocavənd rayonunun dağıdılmış Qaradağlı kəndinin “Azersky” peyki vasitəsilə ötən il mayın 10-da əldə olunmuş təsvirini yayımlayıb.
Bu barədə Azvision.az-a “Azərkosmos” ASC-dən bildirilib.



Qeyd edək ki, 1992-ci ildə Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb, 118 sakindən 54-ü, 14 əsgərdən 12-si əzab və işgəncələrlə öldürülüb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.



Azvision.az

Teqlər: