Düşmən təxribatı nəticəsində ölən mülki şəxs kimdir? - FOTO

Düşmən təxribatı nəticəsində ölən mülki şəxs kimdir? -  FOTO
  03 Oktyabr 2019    Oxunub:7516
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatı olub.
2019-cu ilin 2 oktyabr tarixində saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasından həyatını itirib.

Azvision.az -ın məlumatına görə, düşmən təxribatı nəticəsində həlak olan mülki şəxs Səfərəli Abışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilmişdi.



Qeyd edək ki, S.Abışov əslən Masallı rayon Əmirtürbə kəndindəndir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DSX   Mülkişəxs   SəfərəliAbışov  





Xəbər lenti