Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan prezidenti Azərbaycana gəlir
  03 Oktyabr 2019    Oxunub:6271
Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.
Azvision.az xəbər verir ki, bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb. Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Özbəkistan   Səfər   Bakı  





Xəbər lenti