“Türk dünyası ilə inteqrasiyaya böyük əhəmiyyət veririk” - Nazir müavini

“Türk dünyası ilə inteqrasiyaya böyük əhəmiyyət veririk” -  Nazir müavini
  03 Oktyabr 2019    Oxunub:2325
"10 il ərzində Türk Şurası regional təhlükəsizlik və onun sabit inkişafının təmin olunmasında böyük rol oynayıb və uğurlu platforma olduğunu sübut edib"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Bakıda keçirilən “Türk Şurası: Naxçıvan Müqaviləsinin 10 illiyi” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan türk dünyası ilə inteqrasiyaya böyük əhəmiyyət verir: "Bu baxımından Türk Şurasının fəaliyyəti olduqca əhəmiyyətli və effektivdir. Ümid edirik ki, şuranının gələcək fəaliyyəti qarşıya qoyulan birgə hədəflərə nail olmağa öz töhfəsini verəcək”.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: RamizHəsənov   XİN   Müavin  





Xəbər lenti