Fərid Şəfiyev: “Türk Şurası inteqrasiya təşkilatıdır”

  Fərid Şəfiyev:  “Türk Şurası inteqrasiya təşkilatıdır”
  03 Oktyabr 2019    Oxunub:1515
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası inteqrasiya təşkilatıdır. Bizi ümumi tarix, mədəniyyət və vahid dil birləşdirir. Təşkilatın əsas məqsədi inteqrasiya prosesidir".
Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Türk Şurası: Naxçıvan Müqaviləsinin 10 illiyi” adlı tədbirdə çıxışı zamanı deyib.

F.Şəfiyev bildirib ki, məhz buna görə siyasi və iqtisadi sahədə əməkdaşlıqla yanaşı, mədəni sahədə də əlaqələrə böyük önəm verilir:

"Həmçinin, qeyd etmək istəyirəm ki, Türk Şurası ölkələri arasında ticarət dövriyyəsinin həcmi yanvar ayından indiyə qədər ötən illə müqayisədə 32% artıb”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: FəridŞəfiyev   Təhlil   Mərkəz  





Xəbər lenti