"Bakı Metropolitenində ən uzun eskalatorun uzunluğu 100 metrə qədərdir. Həmin eskalatorlar "Xətai" stansiyasında quraşdırılıb".
Azvision.az -ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib. Onun sözlərinə görə, həmin eskalatorların uzunluğu 100 metr, hündürlüyü isə 48 metrdir.