“Qaçqınları qaytarmaq üçün addımlar atmalıyıq” - Çavuşoğlu

 “Qaçqınları qaytarmaq üçün addımlar atmalıyıq” -  Çavuşoğlu
  03 Oktyabr 2019    Oxunub:1653
"Biz ABŞ-ın təklifi ilə "təhlükəsiz bölgə" yaradılması üçün həqiqətən səmimi olduq. Ancaq eyni səmimiyyəti ABŞ tərəfindən görmədik"
Azvision.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O, həmçinin "Fəratın şərqində əməliyyat nə zaman olacaq" sualını cavablandırıb: "Bizim Fəratın şərqinə daxil olaraq, oranı "təhlükəsiz bölgə" etmək planımız vardı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bu barədə açıqlamaları var. Dərhal yaxınlığımızdakı terror təşkilatlarını buradan təmizləmək və qaçqınları geri qaytarmaq üçün addımlar atmalıyıq. Hazırlıqlarımız uzun zamandır davam edir. Ali Baş Komandan olaraq prezidentimiz Rəcəb Tayyib Ərdoğan nə vaxt təlimat versə, lazım olan ediləcək".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Suriya   Çavuşoğlu  





Xəbər lenti