Əməkdar jurnalistə vəzifə verildi

Əməkdar jurnalistə vəzifə verildi
  03 Oktyabr 2019    Oxunub:1978
Bakı Mühəndislik Universitetində təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.
Universitetdən Azvision.az -a verilən məlumata görə, təhsil müəssisəsinin Mətbuat xidməti ləğv olunaraq onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Elman Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Azvision.az


Teqlər: Təyinat  





Xəbər lenti