Şəhərin mərkəzində Milli Şuranın piketinə icazə verildi

  03 Oktyabr 2019    Oxunub : 2744
 Şəhərin mərkəzində Milli Şuranın piketinə icazə verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın piketlə bağlı müraciətinə cavab verib.

Azvision.az xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və piketin oktyabrın 8-i saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə icazə verilib.
Aksiyada maksimum iştirakçı sayı 50 nəfər olmalıdır.

Azvision.az

Teqlər: BŞİH   Milli-Şura   Piket