Tərtərdəki qətlə görə 2 nəfər tutulub

Tərtərdəki qətlə görə 2 nəfər tutulub
  03 Oktyabr 2019    Oxunub:1207
Tərtər sakinini qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti