Lökü batan müxalifət - VİDEOBLOQ

  04 Oktyabr 2019    Oxunub : 5748
 Lökü batan müxalifət - VİDEOBLOQ
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 28 sentyabr mitinqinə icazə verdi. Amma narazıların istədiyi kimi şəhərin mərkəzində, insanların sıx olduğu yerlərdə yox, Lökbatan qəsəbəsində. Meriyanın bu qərarı Əli Kərimlinin başına yığdığı dəstənin ürəyincə olmadı və dərhal ağız büzüb mitinqin keçirilməyəcəyini elan etdilər.
Müxtəlif bəhanələr gətirildi. Gah dedilər, "Lökbatan uzaqdır, ora necə gedəcəyik, yol pulumuz yoxdur", gah da söylədilər ki, "hakimiyyət qəsdən mitinqə mane olmaq üçün Lökbatanı təklif edib".

Əslində deyilənlərin heç biri mitinqdən imtina üçün tutarlı səbəb ola bilməzdi. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda olduğu kimi, ürəyi mitinq istəyənin də yolu Lökbatana olmalı idi!

Bu məqamda ortaya suallar çıxır. Məsələn, Milli Şura Lökbatandan niyə qaçdı, bunun hansı görünməyən səbəbləri var? Yaxud Əli Kərimli nə üçün israrla mitinq istəyir?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov bu dəfə lentə aldığı videobloqda Lökbatan məsələsinə aydınlıq gətirməyə çalışıb.

Sözügedən videobloqu sizlərə təqdim edirik:




Teqlər: Mitinq   Müxalifət