YAP Yevlaxda müşavirə keçirib

  04 Oktyabr 2019    Oxunub : 737
YAP Yevlaxda müşavirə keçirib
Bu gün Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.
Azvision.az xəbər verir ki, müşavirədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Yevlax şəhər təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və başqaları iştirak ediblər.

Yevlax şəhər Mədəniyyət Mərkəzində keçirilən müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.

Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib.

Əli Əhmədov həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur. Baş nazirinin müavini Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.

Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verilib.

Azvision.az

Teqlər: YAP   Yevlax   Müşavirə