Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi

   Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi
  04 Oktyabr 2019    Oxunub:1654
Səhiyyə Nazirliyi bu gün bir qrup tələbənin nazirliyin önündə keçirdiyi etiraza münasibət bildirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:

"Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir".

Azvision.az


Teqlər: Səhiyyə   Tələbə  





Xəbər lenti