Ermənistanda növbəti siyasi qalmaqal - Deputatlardan istefa tələbi

   Ermənistanda növbəti siyasi qalmaqal -    Deputatlardan istefa tələbi
  04 Oktyabr 2019    Oxunub:2976
Ermənistanda növbəti siyasi qalmaqal baş verib.
Azvision.az xəbər verir ki, parlamentdə baş nazir Nikol Paşinyanın tərəfdarlarından ibarət “Mənim addımım” blokunun təşəbbüsü ilə iqtidarın mübahisəli və qanunsuz qərarlarına etiraz edən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın istefası gündəliyə çıxarılıb.

98 deputatın lehinə səs verdiyi bu təşəbbüs təsdiq edilib və müvafiq qərar baxılması üçün Konstitusiya Məhkəməsinə göndərilib. Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi üçün məhkəmənin 9 üzvündən 6-nın parlamentin qərarını təsdiq etməsi tələb olunur.

Ədliyyə naziri Rustam Badasyan bildirib ki, Konstitusiya Məhkəməsinin sədri bir sıra ciddi səhvlərə yol verib. Tovmasyan isə jurnalistlərə açıqlamasında deyib ki, Konstitusiya Məhkəməsinin ətrafında cərəyan edən proseslər siyasi xarakter daşıyır. Onun sözlərinə görə, təqiblərin məqsədi Konstitusiya Məhkəməsini neytrallaşdırmaq yolu ilə qəbul ediləcək qanunsuz siyasi qərarların önünü açmaqdır.

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da Konstitusiya Məhkəməsinin sədrinin öncəki hakimiyyətin əsas müdafiəçilərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, sabiq prezidentlərin komandaları ölkəni talan ediblər və Qrayr Tovmasyan kimi hüquqşünaslar vasitəsilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.

Azvision.az



Teqlər: Ermənistan   Parlament   İstefa  





Xəbər lenti