Türkiyə KİV-ləri Prezidentin Soçi bəyanatından yazdı - FOTO

  Türkiyə KİV-ləri Prezidentin Soçi bəyanatından yazdı -    FOTO
  05 Oktyabr 2019    Oxunub:3269
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” işarəsi bəyanatı Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
Azvision.az xəbər verir ki, dövlət başçısının bəyanatı türkdilli oxuculara geniş şəkildə çatdırılıb. Mövzu ilə bağlı ahaber.com.tr, takvim.com.tr, milliyet.com.tr və digər saytlarda yazılar dərc olunub. Xəbərlər “Əliyevdən Ermənistana sərt cavab: Qarabağ Azərbaycandır və nida”, “Qarabağ tarixi Azərbaycan torpağıdır” kimi sərlövhələrlə təqdim olunub.





Azvision.az



Teqlər: Türkiyə   KİV   Prezident   Soçi  





Xəbər lenti