Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEO

   Naxçıvanda komanda-qərargah təlimi keçirilib -    VİDEO
  06 Oktyabr 2019    Oxunub:1998
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüş hazırlığı vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.



Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr təlimdə döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılarkən bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.

Azvision.az



Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti