Bakıda ər arvadını 20 bıçaq zərbəsilə öldürdü

  Bakıda ər arvadını 20 bıçaq zərbəsilə öldürdü
  07 Oktyabr 2019    Oxunub:4839
Bakıda ər arvadını qətlə yetirib.
Hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb. Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Azvision.az



Teqlər: Bakı   Qətl   Ər   Arvad  





Xəbər lenti