Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib
  07 Oktyabr 2019    Oxunub:3921
Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 40-80 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 75 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 76 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 64,5 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 312 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 4-də isə 331 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 145 sm qeydə alınıb. 2018-ci il oktyabrın 4-də isə bu rəqəm 201 sm təşkil edib. Salyanda suyun səviyyəsi 7 sm azalmış və 90 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 158 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 15 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 4-də isə 40 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 147 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 4-də 179 sm qeydə alınıb.

Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti