Aleksandr Proxanov: “Zal İlham Əliyevi alqışlayırdı”
A.Proxanov qeyd edib: “Ümumilikdə, söhbət Asiyada “hərbi forma” alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib”.
Agentliyin həmsöhbətinin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: “Zal alqışlayırdı”.
Aleksandr Proxanov bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb.
O deyib: “Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN –in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi.
Azvision.az
Teqlər: AleksandrProxanov