Bakıda ağır qəza - 11 nəfər yaralandı

Bakıda ağır qəza -    11 nəfər yaralandı
  07 Oktyabr 2019    Oxunub:4274
Bu gün Qala-Pirallahı yolunda ağır qəza baş verib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.
Xəstəxanadan bildirilib ki, müraciət edən 11 nəfərdən 9-u ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Onların həyatları üçün təhlükə yoxdur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti