Ofeliya Sənaninin vəziyyəti necədir? - Nazirlikdən açıqlama

 Ofeliya Sənaninin vəziyyəti necədir? -    Nazirlikdən açıqlama
  07 Oktyabr 2019    Oxunub:2667
Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.
"Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: OfeliyaSənani   Xalq-artisti  





Xəbər lenti