Nazirlikdən
Azvision.az -a verilən məlumata görə, qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 809əlil arabası, 873 aşağı və yuxarı ətraf, habelə döş protezi, 970 aşağı və yuxarı ətraf ortezi, 4417 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 429 korset, 530 cüt protez ayaqqabı, 2728 cüt ortopedik ayaqqabı, 516 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1911 qoltuqaltı və dirsəkaltı ağac, 956 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabraylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 19998reabilitasiya vasitəsi verilib, 506nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Azvision.az