Tərtərdə minaatan mərmisi tapılıb

Tərtərdə minaatan mərmisi tapılıb
  08 Oktyabr 2019    Oxunub:3258
Tərtər rayonunda minaatan mərmisi aşkar edilib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Azvision.az-a bildirilib ki, oktyabrın 7-si saat 16:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, yeni salınmış qəsəbənin ərazisindən keçən su arxının kənarından 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Şıxarx qəsəbəsi ərazsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsində su arxının kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA   Tərtər   Mina  





Xəbər lenti