Qədim Şahtaxtı hamamı bərpa edilir - FOTO

Qədim Şahtaxtı hamamı bərpa edilir -    FOTO
  08 Oktyabr 2019    Oxunub:4664
Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndindəki qədim hamam yenidən bərpa olunur. 18-19-cu əsrlərə aid olan hamamın daxili və zahiri görünüşü tamamilə yeni və yerli materiallarla işlənir.
Azvision.az xəbər verir ki, qədim Şahtaxtı hamamında yenidənqurma işlərinə bu ilin aprelindən başlanıb. Uzun illər kənd sakinlərinin istifadəsində olan hamam sovet hakimiyyəti illərində baxımsızlıqdan tamamilə dağılmaq təhlükəsi ilə üz üzə qalib.



Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik sahəni əhatə edir. Qurğu yarımyeraltı formada inşa edilib. Yəni bir hissəsi qazılaraq torpağın içərisində yerləşdirilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Bu hamam da digərləri kimi divarlarının qalınlığı və tikinti üslubu ilə diqqəti çəkir.



Binanın ümumi uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Bina tavanda açılmış bacalar vasitəsilə işıqlandırılıb. Bu qədim məişət obyekti digər hamamlar kimi mükəmməl mühəndis həlli ilə işlənib.

Azvision.az



Teqlər: Naxçıvan   Hamam   Abidə  





Xəbər lenti