“Binə”dəki yanğında 4 nəfər tüstüdən zəhərlənib

 “Binə”dəki yanğında 4 nəfər tüstüdən zəhərlənib
  08 Oktyabr 2019    Oxunub:2417
Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az-a bildirilib ki, ticarət mərkəzində yanğının baş verməsi barədə Təcili Tibbi Yardıma saat 01:10-da məlumat daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Binə   Yanğın  





Xəbər lenti