Bu küçələrdə rənglənmə işləri aparılacaq

Bu küçələrdə rənglənmə işləri aparılacaq
  08 Oktyabr 2019    Oxunub:1477
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oktyabrın 8-i axşam saatlarınadək Xətai rayonunun Səmədbəy Mehmandarov və Yasamal rayonu ərazisindəki Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Küçə   Yol   Təmir  





Xəbər lenti