Qaxda partlayış olub, 6 nəfər xəsarət alıb

 Qaxda partlayış olub, 6 nəfər xəsarət alıb
  08 Oktyabr 2019    Oxunub:2197
Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 4-nün vəziyyəti yüngül, 2-sinin vəziyyəti isə orta-ağır stabildir. Həkimlərin bildirdiyinə görə, xəstələrin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qax   Partlayış  





Xəbər lenti