Səhhəti pisləşən Xalq artisti: “Artıq yaş öz sözünü deyir”
Bunu Azvision.az -a açıqlamasında səhhətində problem yaranan Xalq artisti Ofeliya Sənani deyib. O, hazırda müalicə aldığını, həkim nəzarətində olduğunu bildirib.
Tanınmış diktor vurğulayıb ki, onun yeganə arzusu sağlamlığına qovuşmaqdır: “Bu yaşda əsas sağlamlıqdır. Adamın bir yeri ağrıyanda dünya gözünə görsənmir. Amma dözümlü, mübarizə olmaq lazımdır. Onda xəstəliyə qalib gəlmək olur”.
Qeyd edək ki, Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ofeliya-Sənani