“Nazirlər Kabinetində islahatlar həyata keçiriləcək” - Siyavuş Novruzov

“Nazirlər Kabinetində islahatlar həyata keçiriləcək” -    Siyavuş Novruzov
  08 Oktyabr 2019    Oxunub:2794
“Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərində Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib: “Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək".

Anar Kəlbiyev
Azvision.az






Teqlər: SiyavuşNovruzov  





Xəbər lenti