“Vəziyyətim nə yaxşıdır, nə də pis” - Tanınmış diktor

 “Vəziyyətim nə yaxşıdır, nə də pis” -    Tanınmış diktor
  08 Oktyabr 2019    Oxunub:4638
“Səhhətim nə yaxşıdır, nə də pis. Babatam. Ürəyim darıxan kimi həyətə düşüb gəzirəm”
Bunu Azvision.az -a Xalq artisti Sabir Ələsgərov deyib. Tanınmış diktor sağlamlığını nəzarət altında saxladığını, özünə daim diqqət yetirdiyini bildirib.

“Vəziyyətim pisləşən kimi müalicələrə başlayıram. İndi ciddi problemim yoxdur. Arada həyətə çıxıram, yaşlı insanlarla söhbətləşirəm. Çalışıram darıxmayım. Uşaqlarla, nəvələrlə başımı qatıram”.

Qeyd edək ki, Sabir Ələsgərov iki dəfə böyrəyindən əməliyyat olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: SabirƏləsgərov  





Xəbər lenti