Yol polisləri vətəndaşın həyatını xilas ediblər

 Yol polisləri vətəndaşın həyatını xilas ediblər
  08 Oktyabr 2019    Oxunub:2619
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları vətəndaşın həyatını xilas ediblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. Tibbi yardım göstərildikdən sonra qadının səhhəti normallaşıb.

Azvision.az



Teqlər: DİN   Hacıqabul   Polis  





Xəbər lenti