Gürcüstanın Baş naziri ilk səfərini Azərbaycana edəcək

  08 Oktyabr 2019    Oxunub : 1189
 Gürcüstanın Baş naziri ilk səfərini Azərbaycana edəcək
Gürcüstanın yeni Baş naziri Giorgi Qaxaria sabah Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu, Baş nazirin ilk xarici səfəridir. Belə ki, Giorgi Qaxarianın həftə sonu Ermənistana, oktyabrın sonunda isə Türkiyəyə səfəri planlaşdırılır.

P.Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Baş-nazir