Türkiyə Suriya ilə sərhədə zirehli texnika göndərdi - VİDEO

   Türkiyə Suriya ilə sərhədə zirehli texnika göndərdi -    VİDEO
  09 Oktyabr 2019    Oxunub:2786
Türkiyə Suriya ilə sərhədə zirehli texnika yeridib.

Azvision.az xəbər verir ki, bununla bağlı görüntüləri “Anadolu” agentliyi, Ruptly, və RT kanalı yayıb. Videolardan birində M60 tankları və M113 zirehli avtomobilləri görünüb.
Digər videolarda hərbi kolonun Suriya sərhəddindən bir neçə yüz metr məsafədəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub. Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, eləcə də artilleriya qurğuları görünür.

"Anadolu"nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir.



P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti