Lavrovun bəyanatı Mnatsakanyanın istefasını gündəmə gətirdi

   Lavrovun bəyanatı Mnatsakanyanın istefasını gündəmə gətirdi
  09 Oktyabr 2019    Oxunub:3213
Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanın fəaliyyətindən, xüsusən Qarabağ məsələsində və Rusiya tərəfi ilə işindən narazıdır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "Past” nəşri yazıb.

"Baş nazir Nikol Paşinyan Lavrovun “Valday” klubunun iclasındakı gözlənilməz və sərt açıqlamasına görə əsəbləşib. Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini xatırladan rusiyalı nazir praktiki olaraq erməni tərəfini günahlandırıb və bu, ilk dəfə idi. Paşinyan hesab edir ki, Mnatsakanyan işini lazımi səviyyədə yerinə yetirmir. Belə ki, XİN rəhbəri Rusiya tərəfinə onun bəyanatının əhəmiyyətini izah etməyib, Ermənistanın mövqeyini təqdim etməyib”, -deyə bildirilib.

“Past”ın məlumatına görə, artıq baş nazir bir neçə dəfə Mnatsakanyanın istefası ehtimalını səsləndirib.

Qeyd edək ki, Paşinyanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərində səsləndirdiyi fikirlərə münasibət bildirən Sergey Lavrov bu cür açıqlamaların siyasi prosesin bərpası üçün atmosfer yaratmağa kömək etmədiyini söyləyib.

P.Sultanova
Azvision.az



Teqlər: Paşinyan   Lavrov  





Xəbər lenti