Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  09 Oktyabr 2019    Oxunub:1646
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda natrkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Şəxsi axtarış zamanı ondan əlavə 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Kürdəmir   Narkotik  





Xəbər lenti