“Qocalar evi”nin sakinləri... - FOTOREPORTAJ
Prezidentin tapşırığı əsasında son illərdə müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, burada yaşayış şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, bütün kommunal sistemlər yenilənib, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bundan əlavə, orada yaşlı insanların yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və digər xidmətlər sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, müəssisəyə 6 ildir Qətibə Əsədova rəhbərlik edir.
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Qocalar-evi Bilgəh