XİN almaniyalı jurnalisti “qara siyahı”dan çıxardı

XİN almaniyalı jurnalisti “qara siyahı”dan çıxardı
  09 Oktyabr 2019    Oxunub:2791
Almaniya Federativ Respublikasının vətəndaşı Silvia Stöber Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-in mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, məktubunda Silvia Stöber Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini vurğulayıb, işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirib.

Həmçinin, müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib.

Almaniya vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

P.Sultanova
Azvision.az



Teqlər: XİN  





Xəbər lenti