Bakı və rayonlarda dopler radarı quraşdırılacaq

   Bakı və rayonlarda dopler radarı quraşdırılacaq
  09 Oktyabr 2019    Oxunub:2362
"Quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov deyib. Onun sözlərinə görə, ETSN-nin əməkdaşlarından ibarət bir qrup ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə ABŞ-ın Alabama ştatında səfərdə olub.

"Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Onu da qeyd edim ki, növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Dopler   Radar  





Xəbər lenti