Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı
  10 Oktyabr 2019    Oxunub:3611
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Azvision.az



Teqlər: FHN   Bina  





Xəbər lenti