Bu gün əhalinin siyahıyaalınması başa çatır

  10 Oktyabr 2019    Oxunub : 1206
 Bu gün əhalinin siyahıyaalınması başa çatır
Bu gün Azərbaycanda əhalinin siyahıyaalınması başa çatacaq.
Azvision.az xəbər verir ki, sayca 3-cü siyahıyaalınma prosesinə oktyabrın 1-dən başlanılıb.

Qeyd edək ki, siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub. Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək.

Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Azvision.az

Teqlər: Əhali   Statistika