Qarabağ icmasından qondarma forumla bağlı bəyanat
“Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın “ədalət və sülh naminə əməkdaşlıq”dan danışmağa nə dərəcədə haqqı çatır? Ermənistan “sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, “sülh naminə əməkdaşlıq”dan deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı.
Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı. Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmçinin “artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ” gülünc doğurur. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın “öz müqəddəratını təyin etmək prinsipi” adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir”, - deyə bəyanatda qeyd olunub.
Azvision.az
Teqlər: Qarabağ