“LiFFt” Festivalının iştirakçılarından Prezidentə məktub

   “LiFFt” Festivalının iştirakçılarından Prezidentə məktub
  10 Oktyabr 2019    Oxunub:1856
4-cü “LiFFt” Avrasiya Ədəbi Festivallar Festivalının iştirakçıları olan yazıçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.
Azvision.az -ın xəbərinə görə, məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

Biz - 4-cü “LiFFt” Avrasiya Ədəbi Festivallar Festivalının iştirakçıları olan yazıçılar oktyabrın 2-də “Salam, Azərbaycan!” müsabiqəsi çərçivəsində Sumqayıt şəhərində olduq. Şəhərin gözəlliyi və sumqayıtlıların qonaqpərvərliyi bizi valeh etdi.

Bizi şəhər icra hakimiyyətinin başçısı qarşıladı və müşaiyət etdi. Biz möhtəşəm Heydər Əliyev Mərkəzində, Poeziya Evində və əsl möcüzə kimi təsir bağışlayan bulvarda olduq. Öyrəndik ki, bütün bu gözəllik Sizin sayənizdə yaradılıb. Şəhər gülüstana bənzəyir.
Sizin şəxsinizdə Sumqayıta və bütün Azərbaycana səmimi təşəkkürümüzü bildirmək istəyirik.

Düşünürük ki, bu şəhərdən aldığımız təəssürat heç vaxt unudulmayacaq və biz bunu gələcək əsərlərimizdə əks etdirəcəyik”.

Məktubu aşağıdakı şəxslər imzalayıblar :

Oljas Süleymenov
Xalq yazıçısı, Qazaxıstanın Əmək Qəhrəmanı. Sovet dövrünün çoxsaylı orden və medalları, o cümlədən İncəsənət və ədəbiyyat ordeni (Fransa), V dərəcəli Knyaz Yaroslav Mudrıy ordeni (Ukrayna), Dostluq ordeni (Rusiya), “Şöhrət” ordeni (Azərbaycan) ilə təltif edilmiş, Türkiyə Beynəlxalq “Türk dünyasına töhfəyə görə” mükafatı laureatı

Radomir Andriç
Serbiya Yazıçılar İttifaqının sədri. “Qızıl Orfey”, Nikita Staneku, Lukian Blaqa, “Zolotaya ruçka”, Eminesku kimi nüfuzlu Avropa və Serbiya mükafatları laureatı

Yevgeni Popov
Moskva Yazıçılar İttifaqının katibi, Rus PEN-mərkəzinin təsisçisi və vitse-prezidenti, İsveç PEN-mərkəzinin assosiativ üzvü. Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi. “Bolşaya kniqa” Rusiya mükafatı laureatı. Moskva Yazıçılar İttifaqının “Venets” mükafatı, Macarıstan Mədəniyyət Nazirliyinin “Pro cultura Hungaria” xatirə nişanı, “Triumf” mükafatı ilə təltif edilib.

Aleksandr Selimoviç
UNESKO-nun Amerika Birləşmiş Ştatlarından olan fəxri mədəniyyət səfiri, PEN-Amerikanın, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, Delavar Demokratik Partiyasının Əlaqələndirmə Komitəsinin üzvü və Nyu Kastl Qraflığından deputatlığa namizəd.

Marin Kadiyev
Müstəqil Bolqar Yazıçılar İttifaqının sədri. Bolqarıstan Elm və İncəsənət Akademiyasının üzvü.

Leo Butnaru
Rumıniya Yazıçılar İttifaqının Kişineu filialının sədri. Moldova PEN-Mərkəzinin təsisçi üzvü.
Moldova Respublikasının və Rumıniyanın dövlət təltiflərinə layiq görülüb, Rumıniya Yazıçılar İttifaqının Poeziya Mükafatı, Moldova Respublikasının Milli Mükafatı laureatı.

Urmas Vadi
2010-cu ildə Estoniya Mədəniyyət Fondunun illik teatr mükafatı laureatı, 2011-ci və 2017-ci illərdə nüfuzlu “Friedebert Tuglas Short Stroy Award” mükafatı laureatı. 2012-ci ilin ən vacib romanlarından biri olan “Tagasi Eestisse”nin (Estoniyaya qayıdış) müəllifi.

Marsel Salimov
Rusiya Federasiyasının Dostluq ordeni kavaleri, Başqırdıstanın Əməkdar mədəniyyət işçisi, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Jurnalistlər İttifaqı mükafatı, Sergey Mixalkov adına Beynəlxalq Ədəbiyyat mükafatı, “Literaturnaya qazeta”nın (“12 stul klubu”nun) “Zolotoy Telyonok” mükafatı laureatı.

Hadaa Sendu
Monqolustanda Ümumdünya poeziya almanaxının təsisçisi. “Minilliyin şairi” mükafatı, “Poeziyada fəth edilmiş zirvələrə görə” Ümumdünya poeziya mükafatı, Metyu Arnold mükafatı (2018); Ümumdünya Yazıçılar İttifaqı mükafatı (2019); “Dünya sülh ikonası” mükafatı (2019) və Müasir intibah ədəbi mükafatı kimi ədəbi mükafatlar laureatı.

Viktor Klıkov
“Avstriya poeziyası” ədəbi klubunun təsisçisi və prezidenti.

APİA Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının (London) üzvü. Avstriya beynəlxalq PEN klub mərkəzinin üzvü. A.S.Qriboyedov adına medal, David Buryuk gümüş medalı, V.V.Mayakoski ordeni, müxtəlif mükafatlar laureatı və başqaları.

Azvision.az



Teqlər: İlham-Əliev  





Xəbər lenti