Vilayət Eyvazov Avstriyalı nazirlə görüşüb
Azərbaycan-Avstriya münasibətləri barədə danışan nazir V.Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini qeyd edib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin analoji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran cənab V.Eyvazov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi vurğulayıb.
A.Rayxhardt səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək, ölkəmizin sürətli inkişafından, Bakının dünyanın ən gözəl və ən təhlükəsiz şəhərlərindən biri olmasından, burada özünü çox rahat və təhlükəsiz hiss etməsindən məmnunluğunu ifadə edib. O, bütün sahələrdə, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini nəzərə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfələrini verəcəyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Qəbulda Avstriya və Azərbaycanın fövqəladə və səlahiyyətli səfirləri - Bernd Bayerl və Qalib İsrafilov qəbulda iştirak ediblər.
Azvision.az
Teqlər: DİN Vilayət-Eyvazov