“Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb” - Nazir
Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10 min 608 fərdi yaşayış evi müayinə olunub ki, bu da ümumi təsərrüfatların 17 faizinə bərabərdir. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı olduğu, 1988-nin bərpaya, 4826-nın təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu müəyyən edilib. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.
Bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə yaxın mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70 faizə qədəri yerli əhalidən ibarətdir.
Azvision.az