Zelenski dünya rekordunu yenilədi - VİDEO

   Zelenski dünya rekordunu yenilədi -  VİDEO
  11 Oktyabr 2019    Oxunub:3768
Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin jurnalistlər üçün keçirdiyi press-marafon dünya rekordunu yeniləyib.
Azvision.az -ın məlumatına görə, artıq 9 saatdan çoxdur Zelenskinin press-marafonu davam edir.

Yerli vaxtla saat 18:30-da Ukraynanın Milli Rekordlar Reyestrinin nümayəndəsi press-marafona gələrək Zelenskinin rekord qırdığını bildirib və onu bu münasibətlə təltif edib.



Qeyd edək ki, Zelenskinin ilk dəfə keçirdiyi press-marafon bu gün saat 10:00-da başlayıb. Jurnalistlər tərəfindən Ukrayna prezidentinə çoxsaylı suallar ünvanlanıb.

Azvision.az



Teqlər: Ukrayna   Zelenki  





Xəbər lenti