“Barış pınarı” davam edir - 277 terrorçu məhv edilib

  11 Oktyabr 2019    Oxunub : 1482
 “Barış pınarı” davam edir - 277 terrorçu məhv edilib
Suriyanın şimalında “Barış pınarı” hərbi əməliyyatları çərçivəsində zərərsizləşdirilən terrorçularla bağlı yeni statistika açıqlanıb.

Azvision.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, indiyədək məhv edilən terrorçuların sayı 277 nəfərə çatıb.
Gecə saatlarında həyata keçirilən uğurlu əməliyyat nəticəsində PKK/PYD və YPG qruplaşmasının 49 üzvü öldürülüb. Hazırda antiterror əməliyyatları davam etdirilir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.

Azvision.az

Teqlər: Türkiyə   Suriya