1185 nəfərin tikintidə qanunsuz işlədildiyi aşkar edilib

  1185 nəfərin tikintidə qanunsuz işlədildiyi aşkar edilib
  11 Oktyabr 2019    Oxunub:1592
"Bu günə qədər Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən həyata keçirilmiş 158 monitorinqdə 6120 nəfər yoxlanılıb və bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin başlamasının 2 ili bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, son 2 il ərzində Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında aparılan monitorinqlər öz müsbət nəticələrini verir:

"Əgər monitorinqlər başlanıldığı ərəfədə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 34%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 5%-ə qədər azalıb. Yalnız monitorinq edilmiş işəgötürənlər üzrə monitorinqlərdən sonra 78 663 əmək müqaviləsi imzalanıb. Eyni zamanda, bir podratçı şirkət 2017-ci ilin sonunda orta hesabla rəsmi qeydiyyata alınmış 35 işçiyə malik idisə, hazırda bu göstərici 70 işçi təşkil edir ki, bu da 2 dəfə artım deməkdir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İşçi   Müqavilə  





Xəbər lenti