300-ə yaxın tikinti obyektində monitorinq aparılıb

300-ə yaxın tikinti obyektində monitorinq aparılıb
  11 Oktyabr 2019    Oxunub:1736
"İki il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 300-ə yaxın tikinti obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilərək qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib"
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin başlamasının 2 ili bağlı keçirilən tədbirdə qeyd olunub.

Bildirilib ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi işəgötürənlərə əmək müqaviləsi elektron formada rəsmiləşdirilərək hüquqi qüvvəyə minmədən işə işçi cəlb etməməyi, işçilərə əmək müqaviləsinin bağlanılmasını tələb etməyi və hər iki tərəfə əmək qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edir.

Səyyar monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Mərkəz   Monitorinq   Tikinti  





Xəbər lenti